Ukrayna XİN-dən bu ölkədəki xarici tələbələrlə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna XİN-dən bu ölkədəki xarici tələbələrlə bağlı açıqlama

Maraqlı

28 Fevral 2022 17:07 490


Ukrayna Xarici İşlər Nazirliyi (XİN) ölkədəki xarici tələbələrlə bağlı bəyanat yayıb.

Yenisabah.az xəbər verir ki, XİN-n məlumatına görə, Ukrayna hökuməti kütləvi axın olan dövlət sərhədindən onların keçidini asanlaşdırmaq üçün əlindən gələni edir:

“Sərhəddə əcnəbi tələbələri qida ilə təmin etmək və digər humanitar ehtiyacları ödəmək üçün müvəqqəti könüllü yardım məntəqələri yaradılıb. Aktiv döyüşlər davam etdikcə, biz inanırıq ki, xarici tələbələrin Ukraynada yaşadıqları yerlərdə qalması daha təhlükəsizdir”. pizza

Qeyd olunub ki, irqinə və milli mənsubiyyətinə görə xarici vətəndaşların dövlət sərhədini keçməsi zamanı heç bir ayrı-seçkilik yoxdur:

“İlk gələnə ilk xidmət” yanaşması bütün millətlərə şamil edilir. Qadınlar və uşaqlar üçün icazə verilən müəyyən humanitar istisnalarla, standart sənədləşdirmə proseduru tətbiq olunur. Biz bütün dövlətləri Prezident Putindən Ukraynaya qarşı müharibəni dərhal dayandırmasını tələb etməyə çağırırıq. Bu, Ukraynada öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün ən yaxşı yol olar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!