Ukraynada 18-22 yaşlı kişilərin sərhədi maneəsiz keçməsinə icazə verildi

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada 18-22 yaşlı kişilərin sərhədi maneəsiz keçməsinə icazə verildi

Dünya

26 Avqust 2025 23:36 399


Ukrayna Nazirlər Kabineti dövlət sərhədindən keçmə qaydasını yeniləyib. Yeni qaydaya əsasən hərbi vəziyyət dövründə 18-22 yaşlı kişilər sərhədi maneəsiz keçə biləcəklər.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Yuliya Sviridenko teleqram kanalında məlumat yayıb.

"Söhbət müvafiq yaşda olan bütün vətəndaşlardan gedir", - o, qeyd edib. Pepperoni pizza

Hökumət başçısının sözlərinə görə, bu qərar müxtəlif səbəblərdən xaricdə olan vətəndaşlara da aiddir. “Biz ukraynalıların Ukrayna ilə mümkün qədər əlaqələr saxlamasını istəyirik”, - Sviridenko bildirib.

Dəyişikliklər qərarın rəsmi dərcindən bir gün sonra qüvvəyə minir.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski hökumətə hərbi komandanlıqla birlikdə ukraynalı gənclərin dövlət sərhədini keçməsinin sadələşdirilməsi, xüsusən yaş həddinin 18-dən 22-yə qaldırılması üzərində işləməyi tapşırmışdı./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!