Ukraynada 26 nəfərin ölümünə səbəb olan təyyarənin qəza anı - Video

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada 26 nəfərin ölümünə səbəb olan təyyarənin qəza anı - Video

Dünya

26 Sentyabr 2020 16:59 983


Ukraynanın Xarkov vilayətində 26 nəfər öldüyü hərbi təyyarənin qəza anının görüntüləri yayılıb.

Yenisabah.az xəbər verir ki, Ukrayna Daxili İşlər nazirinin müavini Anton Qeraşenko “Facebook”da sözügedən videonu paylaşıb.

Xatırladaq ki, An-26 hərbi nəqliyyat təyyarəsi cümə axşamı təlim uçuşu zamanı Xarkov vilayətinin Çuguyev şəhəri yaxınlığında qəzaya uğrayıb. Pepperoni pizza

Hava gəmisində 27 nəfər olub: yeddi ekipaj üzvü və 20 kursant. Bir kursantın uçmasına icazə verilməyib. Rəsmi rəqəmlərə görə, 26 nəfər ölüb (biri xəstəxanada).

Son anda təyyarədən tullanmağı bacaran bir kursant xilas olub: O, hazırda orta dərəcəli bədən xəsarətləri ilə xəstəxanadadır. 

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!