Ukraynada 3 jurnalist ölüb, 35-i yaralanıb

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada 3 jurnalist ölüb, 35-i yaralanıb

Maraqlı

15 Mart 2022 16:44 365


Rusiya ordusunun Ukraynanı atəşə tutması nəticəsində azı 35 jurnalist yaralanıb, 3-ü həlak olub

Yenisabah.az xəbər verir ki, bu barədə Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova “Telegram” kanalında məlumat yayıb.

"Rusiya işğalçıları Ukraynadakı hərbi cinayətlərinin obyektiv işıqlandırılmasına qarşı mübarizə aparır. Onlar jurnalistləri öldürür və güllələyirlər. Artıq azı 35 jurnalist irqçi yaraqlıların əlindən əziyyət çəkir, üçü öldürülüb", - o yazıb. Dördpendirli pizza

Məlumata görə, əcnəbi jurnalist Viktor Dudar Nikolayev yaxınlığında döyüşlər zamanı operator Yevgeni Sakun Kiyevdə raket hücumu nəticəsində, ABŞ vətəndaşı, reportyor və sənədli film istehsalçısı Brent Renault isə Kiyev vilayətinddə, İrpendəki keçid məntəqəsində həlak olub.

Bundan əlavə, Rusiyanın hücumları zamanı çoxlu sayda jurnalist yaralanıb.

Denisovanın sözlərinə görə, isveçrəli jurnalist Guillaume Briquetin "press" işarəsi olan zirehli avtomobili Nikolayevə doğru hərəkət edərkən rus hərbçiləri tərəfindən atəşə tutulub. Həmçinin “Voxpot”un Çex nəşrinin iki jurnalisti Maida Slamova və Voytech Boqaça atəş açılıb. "Ekstra-Bladet"in iki danimarkalı əməkdaşı - jurnalist Stefan Weichert, fotoqraf və reportyor Emil Filtenborq Mikkelsen güllə yarası alıb. 

Rusiya qoşunları Britaniyanın “Sky News” televiziya qrupuna da hücum edib. Baş müxbir Stüart Remzi və onun dörd həmkarı Kiyevə qayıdarkən pusquya düşüblər.

Lyudmila Denisova qeyd edib ki, Ukraynanın televiziya infrastrukturu obyektləri də məqsədyönlü şəkildə atəşə tutulub:

“Düşmən Kiyev, Lutsk, Rivne teleqüllələrini dağıtmağa cəhd edib, müvəqqəti işğal olunmuş şəhərlərdə teleqüllələri və televiziya studiyalarını ələ keçirib. İşğalçıların hərəkətləri irqçi təbliğat və ideologiya tətbiq etmək və bütün digər informasiya resurslarını sıxışdırmaq məqsədi daşıyır".

O, həmçinin vurğulayıb ki, jurnalistlərin öldürülməsi və güllələnməsi Haaqa Konvensiyasının və Bəyannaməsinin, Müharibə qurbanlarının müdafiəsi haqqında Cenevrə Konvensiyasının və onun Əlavə Protokollarının kobud şəkildə pozulmasıdır.\Modern.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!