Ukraynada 350-dən çox dinc sakin həlak olub - BMT

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada 350-dən çox dinc sakin həlak olub - BMT

Maraqlı

06 Mart 2022 14:00 443


Rusiyanın hərbi müdaxiləsi nəticəsində fevralın 24-dən martın 4-dək Ukraynada 350-dən çox dinc sakin həlak olub, daha 707 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatları BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, ölənlər 28-i uşaqdır. Dominos pizza

Yerli sakinlər əsasən Rusiya ordusu tərəfindən atılan partlayıcı silahlar, o cümlədən ağır artilleriya və çoxsaylı raket hücumları, həmçinin raket və hava zərbələri nəticəsində vəfat edib.

Xatırladaq ki, martın 3-də Rusiya hərbçilərinin yaşayış məntəqələrinə endirdiyi aviazərbələr nəticəsində Çerniqovda azı 47 nəfər həlak olub.

Elə həmin gün Haaqadakı beynəlxalq tribunal Rusiyanın Ukraynaya təcavüzü nəticəsində hərbi cinayətlər və insanlığa qarşı cinayətlərlə bağlı araşdırmaya başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!