Ukraynada azərbaycanlı sürücüsü mühasirəyə düşdü   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada azərbaycanlı sürücüsü mühasirəyə düşdü - Foto

Maraqlı

21 Mart 2022 09:41 469


Ukraynada Çerniqov vilayətinin Kryükov şəhərində Azərbaycan şirkətinə məxsus avtomobil və sürücüsü mühasirəyə düşüb.

Yenisabah.az "Report"a istinadən məlumat verir ki, bu barədə İvano-Frankovsk vilayəti azərbaycanlılar Konqresinin sədri, logistika xidməti rəhbəri Mətləb Nəcəfov bildirib.

O, qeyd edib ki, Azərbaycanın "Volf transport" şirkətinə məxsus yük maşını və onun sürücüsü, Azərbaycan vətəndaşı 1967-ci il təvəllüdlü Əliyev Arif Eynulla oğlu Kryükovda Rusiya qoşunları tərəfindən mühasirəyə alınan şəhərdə artilleriya atəşi altındadır və həyatına təhlükə var. pizza sifarişi

Onunla bərabər Gürcüstan və Türkiyə şirkətinlərinə məxsus yük maşınları sürücüləri mühasirədədir. Azərbaycan vətəndaşı ilə bağlı müraciətlər etsələr də heç bir nəticəsi yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!