Ukraynadan Moldovaya keçmək istəyən azərbaycanlılar gülləbaran edilib.
Yenisabah.az xəbər verir ki, bu dəhşətli məlumatı Odessada yaşayan azərbaycanlı jurnalist Anar Natiqoğlu verib. O, öz sosial şəbəkə hesabında yazıb:
"Bir saat öncə Odessa şəhərindən 60 km aralıda, sərhəd qoşunları hərbçiləri formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar 7-8 maşından ibarət olan əslən Kəlbəcər rayonundan olan soydaşlarımızın kolonunu tanınmamış Pridnestrovye ilə sərhəd Kuçurqan keçid məntəqəsi yaxınlığında gülləbaran edib. Hadisə şahidlərinin dediyinə görə, 3 həmvətənimiz dünyasını dəyişib, 4-5 yaralı var. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, günahsız insanların qanına susamış terrorçuların bəlasını versin!!!" pizza hut
Telegram kanalımız