Ukraynada azyaşlı əlil qız atası və dayısı tərəfindən illərlə zorlandı

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada azyaşlı əlil qız atası və dayısı tərəfindən illərlə zorlandı

Hadisə

07 İyul 2021 00:40 1385


Ukraynada dəhşətli cinayətin üstü açılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə yerli KİV-in yaydığı məlumat yayıb.

Məlumata görə, hadisə Xarkov yaxınlığındakı Sumı vilayətində baş verib. Sezar pizza

Ölkənin Baş prokurorluğundan bildirilib ki, 2016-cı ildən etibarən ata 2006-cı il təvəllüdlü qızının psixi pozğunluğu və əqli inkişafdan geri qalmasından istifadə edərək onu mütəmadi olaraq zorlayıb. 2018-ci ildən isə onlarla bir evdə yaşayan qızın dayısı da cinayət əməlinə qoşulub.

Azyaşlının qohumu olan bir xanım polisə müraciət edərək qızın bədənində zorakılıq izlərinin görüldüyünü bildirib. Araşdırma nəticəsində dəhşətli fakt ortaya çıxıb.

Hazırda hər iki kişi saxlanılıb. Cinayət üzrə istintaq aparılır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!