Ukraynada DƏHŞƏT: 28 uşaq ölüb

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada DƏHŞƏT: 28 uşaq ölüb

Maraqlı

04 Mart 2022 16:24 1255


Müharibənin 8 günü ərzində 28 uşaq rus işğalçılarının silahlarından həlak olub. Eyni zamanda 64 uşaq xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə Ukrayna prezidentinin uşaq hüquqları və uşaq reabilitasiyası üzrə komissarı Daria Gerasimçuk deyib.

Bundan əlavə, o, bildirib ki, 1 milyon yarıma yaxın uşaq mərmilərdən əziyyət çəkən və mühasirəyə alınan ərazilərdədir. Toyuqlu pizza

Onların arasında təcili yardıma ehtiyacı olan kimsəsiz və sağlamlıq imkanları məhdud uşaqlar da var.

Ukrayna hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edərək bildirib ki, bu ölkənin mülki əhalisinin təhlükəsiz təxliyəsi üçün humanitar dəhlizlərin təşkilinə təcili ehtiyacı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!