Ukraynanın korrupsiya əleyhinə orqanları Təhlükəsizlik Xidməti ilə birlikdə xalq deputatının rəhbərlik etdiyi cinayətkar dəstəni ifşa edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Ukrayna Milli Antikorrupsiya Bürosuna istinadən məlumat yayıb.
"Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu Təhlükəsizlik Xidməti ilə birlikdə xalq deputatının rəhbərlik etdiyi cinayətkar dəstəni ifşa edib", - məlumatda deyilir. pizza
Bu arada, mənbələr bildirir ki, söhbət fəaliyyətdə olan deputat Anna Skoroxoddan gedir, O, bir sahibkardan zorla 250 min dollar alıb.
Antikorrupsiya Bürosu dəqiqləşdirib ki, hazırda istintaq hərəkətləri davam edir və təfərrüatlar daha sonra açıqlanacaq./Report
Telegram kanalımız