Ukraynada girov götürülən azərbaycanlı tələbədən xəbər var

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada girov götürülən azərbaycanlı tələbədən xəbər var

Maraqlı

22 Mart 2022 22:30 652


Ukraynada azərbaycanlı tələbə Hüseyn Abdullayevi girov götürən şəxslər onun yaxınları ilə əlaqə saxlayıblar.

Yenisabah.az xəbər verir ki, bunu "Report"un Muğan bürosuna açıqlamasında H.Abdullayevin əmisi Cahin Abdullayev deyib.

"Bu gün günorta saatlarında bir nəfər mənə zəng elədi və özünü Hüseyni girov götürənlərdən biri kimi təqdim etdi. Həmin şəxs bildirdi ki, Hüseyn yaxın 72 saat ərzində evində olacaq. Əlavə heç nə demədi", - C.Abdullayev söyləyib. Pepperoni pizza

Qeyd edək ki, H.Abdullayev əslən Neftçala rayonundandır. O, Ukraynadan Azərbaycana qayıtmaq istəyərkən girov götürülüb. Tələbəni girov götürənlər onun rus əsgəri ilə dəyişdirilə biləcəyini söyləmişdilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!