Ukraynada həbs olunan “siyasi mühacir“in məhkəməsi başlayır:   90 nəfəri aldadıb

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada həbs olunan “siyasi mühacir“in məhkəməsi başlayır: 90 nəfəri aldadıb

Kriminal

26 Yanvar 2022 09:24 1238


Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Yenisabah.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçümn Bakı Ağır Cinayətlər Məhkəməsinmə göndərilib.

Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib. Sezar pizza

İş üzrə 90 nəfər zərərçəkən şəxs qismində tanınır.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən il iyul ayında Ukrayna ərazisində tutulub.

Özünü siyasi mühacir kimi tanıtmağa çalışan Mahmudov sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!