Rusiyada gün ərzində daha 15 700 nəfər koronavirusa yoluxub.
Yenisabah.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 1 447 335-ə çatıb.
Operativ Qərargahın yaydığı məlumata görə, ölənlərin sayı isə daha 317 nəfər artaraq 24 952-yə yüksəlib. pizza mizza
Qeyd edək ki, Rusiyada hazırda 325 823 aktiv koronavirus daşıyıcısı var. Onlardan 2 300-nün vəziyyəti ağırdır. Ölkədə ən çox yoluxma sayı paytaxt Moskvada müşahidə edilir.
Telegram kanalımız