Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsi davam etdirilir

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsi davam etdirilir

Maraqlı

28 Fevral 2022 18:44 428


Hazırda Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsi davam etdirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) məlumat verilib.

İlkin olaraq Odessa şəhərində cəmləşən 6 yük avtonəqliyyat vasitəsinin Moldovaya keçidi təmin edilib. Hazırda nəqliyyat vasitələri Rumıniya ilə sərhədə çatıb və Rumıniyaya keçid üçün sənədləşməni gözləyirlər. Marqarita pizza

Təxliyə prosesi Moldovadakı diplomatik korpusumuzun köməyi ilə həyata keçirilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) aidiyyəti qurumlarla apardığı danışıqların nəticəsi olaraq bu gün də Odessa limanı ərazisində olan sürücülərin eyni istiqamətə yola düşməsi gözlənilir.

Kiyev, Xarkov və digər regionlarda cəmləşən sürücülərin də təxliyəsi ilə bağlı işlər görülür, onlarla mütəmadi olaraq əlaqə saxlanılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!