Ukraynanın Lvov şəhərində qətlə yetirilən 33 yaşlı azərbaycanlı iş adamı Sənan Qəniyevin cənazəsi ölkəyə gətirilib.
Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, mərhum doğulub-böyüdüyü Kürdəmir rayonunda dəfn edilib.
Sənan Qəniyev Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov vilayəti üzrə aktiv nümayəndələrindən biri olub. Eyni zamanda, orada iş adamı kimi fəaliyyət göstərib. Dördpendirli pizza
Qətl isə məişət xarakterli münaqişə zəminində qeydə alınıb. Cinayət əməlini törətməkdə təqsirli bilinən şəxs kürd əsilli Türkiyə vətəndaşı Barut Məsut saxlanılıb.
Hadisə təqsirləndirilən şəxsə aid olan restoranda baş verib. Həmin məkanda onunla mərhum arasında mübahisə yaranıb. Mübahisə zəminində təqsirləndirilən şəxs əlinə keçən şiş tipli alətlə Sənan Qəniyevə xəsarət yetirib. Şiş mərhumun ayağında şah damarına dəydiyi üçün o, qanaxmadan dünyasını dəyişib.
Telegram kanalımız