Ukraynada qanlı HESABLAŞMA: Rusiya ordusunun iki alayı məhv edildi

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada qanlı HESABLAŞMA: Rusiya ordusunun iki alayı məhv edildi

Maraqlı

18 Mart 2022 09:52 749


“Ötən sutka ərzində Ukrayna hərbçiləri Rusiya silahlı qüvvələrinin 437-ci təlim alayının və 26-cı tank alayının bölmələrini qismən məhv edib və irəliləyişini dayandırıb".

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Həmçinin, zenit-raket qüvvələri və qırıcı təyyarələr Rusiyanın 14 hava hədəfini, o cümlədən, yeddi təyyarə, bir helikopter, üç PUA və üç qanadlı raketini vurub. İşğalçılar müharibəni davam etdirmək üçün kəskin kadr çatışmazlığı yaşayır: rus əsgərləri döyüşməmək üçün özlərini şikəst edirlər. Lakin Rusiya Silahlı Qüvvələrinin komandanlığı Suriyadan könüllüləri, çağırışçıları və kursantları, habelə muzdluları cəlb etmək üçün gizli səfərbərlik aparır. İşğalçıların şəxsi heyətinin mənəvi-psixoloji durumu fərarilik və Ukraynaya qarşı müharibədə iştirakdan imtina hallarının sayının artmasına səbəb olur”,- deyə məlumatda qeyd olunub.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!