Ukraynada qatarda partlayış: 5 nəfər həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada qatarda partlayış: 5 nəfər həlak oldu

Dünya

24 Oktyabr 2025 14:58 156


Ukraynanın Jitomir vilayətində bir kişi qatarda qumbara partladıb, dörd nəfər və cinayətkarın özü ölüb.

Yenisabah.az İnterfax-Ukraina-ya istinadla xəbər verir ki, hadisə Ovruç şəhərində sənədlərin yoxlanılması zamanı baş verib.

"Kişi haraya və nə üçün getdiyini izah edə bilməyib. Sərhədçi qadın ondan çıxmasını xahiş edib, bundan sonra kişi qumbaranı partladıb", - mənbə bildirib. Pepperoni pizza

Partlayış nəticəsində cinayətkarın özü, sərhədçi qadın və qatarın daha üç sərnişini həlak olub. Hadisə yerində polis əməkdaşları və istintaq-əməliyyat qrupları işləyir.

Hüquq-mühafizə orqanlarından rəsmi məlumat hələ ki açıqlanmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!