Ukraynada seçkilərə hazırlıq gedir

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada seçkilərə hazırlıq gedir

Dünya

13 Noyabr 2024 09:58 525


Ukraynada prezident seçkilərinə hazırlıq başlayıb.

Yenisabah.az The Economist-ə istinadla xəbər verir ki, gözlənilən tarix 25 may 2025-ci ildir.

Məlumatlı mənbələrin sözlərinə görə, artıq seçkilərə hazırlıq, regional seçki qərargahları işə başlayıb və namizədlərin siyahıları tərtib edilir. Hazırkı prezident Volodimir Zelenskinin mümkün rəqiblərindən birinin nümayəndələri deyirlər ki, Ukraynanın seçkilərə ehtiyacı var, lakin dövlət başçısının ofisinin sərt reaksiyasından ehtiyat edərək, bu mövzuda ictimaiyyətə açıqlama verməkdən çəkinirlər. pizza mizza

Əsas favorit Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, ötən il Zelenski ilə münaqişədən sonra Böyük Britaniyanın səfiri təyin edilmiş general Valeri Zalujnı hesab edilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!