Ukraynada son sutkada 14 min yoluxma qeydə alınıb

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada son sutkada 14 min yoluxma qeydə alınıb

Dünya

20 Noyabr 2020 13:22 770


Ukraynada son sutkada koronavirusa yoluxanların sayı ilk dəfədir 14 min nəfəri ötüb.

Yenisabah.az xəbər verir ki, ötən gün Ukraynada 14 575 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada koronavirusa yoluxanların ümumi sayı 598 min 085-ə çatıb, 274 min 324 nəfər müalicəsini başa vurub. Ən çox yoluxma halları Kiyev, Dnepropetrovsk və Xarkov vilayətlərində qeydə alınıb.

Ötən gün ölkədə 229 nəfər koronavirusdan həyatını itirib. Bununla da bu infeksiyadan ölənlərin ümumi sayı 10 598 nəfərə çatıb. pizza sifarişi

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!