Ukraynada “Vaqner”in “əfsanəvi snayper”i MƏHV EDİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada “Vaqner”in “əfsanəvi snayper”i MƏHV EDİLDİ

Maraqlı

06 İyun 2022 13:15 1186


Ukraynada Rusiyanın tərəfində döyüşən “Vaqner” muzdlu hərbi dəstəsinin üzvü, milliyətcə buryat olan Vladimir Andanov zərərsizləşdirlib. 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Vladimir Andanov “Vaqner”in ən sərrast snayperlərindən biri olub.

Andanov hələ 2014-cü ildən "məşhurlaşıb". O, Donbasa könüllü kimi gedib, Debaltsevo uğrunda döyüşlərə qatılıb və Loqvinovoda Ukrayna ordusunun hərbi əsirlərinin edamında iştirak edib. Marqarita pizza

Məlumata görə, Vladimir Andanov  Donbasda dinc əhalinin qətlə yetirilməsində yaxından iştirak edib, sonra isə Suriyaya gedib. Orada “Vaqner”in muzdlu əsgəri olub və yenidən Ukraynaya qayıdaraq Rusiyanın tərəfində döyüşməyə başlayıb.

 

Andanov Xarkov yaxınlığında məhv edilib. Artıq onun ölümünü “Vaqner” də təsdiqləyib. Snayperin meyitini tezliklə Buryatiyaya çatdırmağı planlaşdırırlar.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!