Azərbaycanın Ukraynadakı səfirliyində çalışan diplomatların ailə üzvləri paytaxt Kiyevdən təxliyə olunublar.
Bu barədə Yenisabah.az-ın sorğusuna cavab olaraq Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.
Hazırda Azərbaycanın Ukraynadakı səfirliyində 6 diplomat fəaliyyət göstərir. pizza mizza
Qeyd edək ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın ötən gün mediaya verdiyi məlumata görə, Azərbaycanın Ukraynadakı səfirliyi fəaliyyətini davam etdirir. Bundan əlavə, XİN rəsmisi vurğulayıb ki, Moldova və Polşadakı səfirliklərə əlavə diplomatlar ezam olunub.
Telegram kanalımız