Ukraynadakı yeni səfirimiz kimdir?   - DOSYE

saytların hazırlanması

Evə çatdırılma

Ukraynadakı yeni səfirimiz kimdir? - DOSYE

Maraqlı

23 May 2023 15:04 5057


Prezident İlham Əliyev Azərbaycanın Ukraynadakı səfirini dəyişdirib. Dövlət başçısının imzaladığı sərəncama əsasən, Elmira Axundova Kiyevdən geri çağırılıb, onun yerinə Seymur Qurban oğlu Mərdəliyev təyinat alıb. 

O, yeni təyinata qədər Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsində çalışıb.

Məlumat üçün bildirək ki, Seymur Mərdəliyev uzun müddət Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) müxtəlif vəzifələrdə çalışıb. Dominos pizza

O, eyni zamanda XİN-də humanitar və sosial məsələlər idarəsinin şöbə müdiri vəzifəsini icra edib.  

2017-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.  

S.Mərdəliyev 2019-cu il dekabrın 26-dan etibarən Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsində işləyib./Modern.az  


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!