Ukraynadan Ermənistana daha bir zərbə

saytların hazırlanması

Evə çatdırılma

Ukraynadan Ermənistana daha bir zərbə

Dünya

30 Dekabr 2020 13:06 718


Ukraynanın ərazi bütövlüyünü tanımayan ölkələrin yazıçılarının əsərləri bu ölkədə çap olunmayacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukraynanın “Ədəbiyyat qəzeti” məlumat yayıb.

Bildirilib ki, bununla bağlı müvafiq qərar Ukrayna Milli Yazıçılar İttifaqı tərəfindən qəbul edilib. Sezar pizza

Qeyd olunub ki, qərar əsasən BMT-də səsvermə zamanı Kiyevin Krımla bağlı mövqeyini dəstəkləməyən ölkələrin yazıçılarını əhatə edəcək. Bura Rusiya, Ermənistan, Belarus, Qırğızıstan, Venesuela, İran, Zimbabve, Kamboca, Çin, Şimali Koreya, Kuba, Laos, Myanma, Nikaraqua, Serbiya, Suriya və Sudan daxildir.

Eyni zamanda, adları çəkilən ölkələrin diplomatik nümayəndəlikləri ilə müştərək tədbirlərin (yaradıcılıq gecələri, dəyirmi masalar, konfranslar) keçirilməsinin dayandırılması barədə də qərar qəbul olunub.

Ukraynalı müəlliflərə, o cümlədən Ukrayna Milli Yazıçılar İttifaqının üzvlərinə isə həmin ölkələrin təşəbbüsü ilə keçirilən istənilən tədbirlərdə iştirak etmək qadağan edilib.

O da qeyd olunub ki, istisna hal kimi yalnız klassiklər və açıq şəkildə Ukraynanın mövqeyini dəstəkləyən müasir müəlliflər istisna təşkil edə bilər. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!