“Ukraynadan günəbaxan yağı ixracı çətinləşib“ - Şirkət rəhbəri

saytların hazırlanması

Evə çatdırılma

“Ukraynadan günəbaxan yağı ixracı çətinləşib“ - Şirkət rəhbəri

İqtisadiyyat

05 Aprel 2022 17:28 511


"Ukraynadan günəbaxan yağının ixracı ölkədəki vəziyyətə, xüsusən də dəniz nəqliyyatı ilə bağlı problemlərə görə azalır".

Yenisabah.az "Bloomberg"ə istinadla xəbər verir ki, bunu Ukraynanın ən böyük günəbaxan yağı istehsalçısı olan "Kernel" şirkətinin rəhbəri Yevgeni Osipov bildirib.

O əlavə edib ki, Ukrayna əkin sahələrinin təxminən 40%-ni itirə bilər, media xəbər verir Əkin sahələrinin 20% azaldılması hesabına yağlı toxumların istehsalı ötən mövsümdə 100 milyon tondan bu il 60 milyon tona qədər azaldıla bilər. Dördpendirli pizza

"Bizim Ukraynada böyük ehtiyatlarımız olacaq, lakin Ukraynadan kənarda bazar üçün ehtiyatlar və mallar olmayacaq. Bu, qlobal ərzaq təhlükəsizliyi üçün böyük itkidir", - deyə şirkət rəhbəri vurğulayıb.

Bundan əvvəl BMT-nin Ümumdünya Ərzaq Proqramının sözçüsü Tomson Piri bildirmişdi ki, Ukraynadakı münaqişə ərzaq qiymətlərinin artmasına və dünyada aclığa səbəb ola bilər.

Ukrayna və Rusiya dünya buğda ixracının 30%-i, dünya qarğıdalı ixracının 20%-i, günəbaxan tədarükünün 76%-ini bölüşdürür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!