Ukraynadan Vardanyanla bağlı Azərbaycana ÇAĞIRIŞ

saytların hazırlanması

Evə çatdırılma

Ukraynadan Vardanyanla bağlı Azərbaycana ÇAĞIRIŞ

Siyasət

01 Fevral 2025 17:18 22225


Ruben Vardanyan təkcə Qarabağdakı əməllərinə görə deyil, həm də Ukraynadakı hərəkətlərinə, Rusiyaya qarşı təcavüzü maliyyələşdirdiyinə görə cəzasını almalıdır.

Yenisabah.az xəbər verir ki, bu sözləri Ukraynanın xalq deputatı, Ali Radanın Müvəqqəti İstintaq Komitəsinin sədri Anna Skoroxod bəyan edib.

O, ötən il Ukrayna, Latviya, Litva və Rumıniyadan olan 120-dən çox deputatın Vardanyanın namizədlər siyahısından çıxarılması tələbi ilə Nobel Komitəsinə kollektiv məktub imzaladığını xatırladıb: Sezar pizza

“Vardanyan Putinin pul kisəsidir, Ukraynaya qarşı təcavüzün sponsorudur, Qarabağda qanunsuz separatçı təşkilatın keçmiş rəhbəridir. Ümid edirəm, rəsmi Bakı xatırlayacaq ki, bu adam təkcə Qarabağa qarşı təcavüzdə iştirak etdiyinə görə deyil, həm də Ukraynaya görə, 21-ci əsrin baş diktatorunu maliyyələşdirdiyinə görə cəzaya layiqdir.

Əgər ABŞ, AB və Ukrayna Vardanyana qarşı sanksiyalar təklif edibsə və ya tətbiq edibsə, o zaman Azərbaycan Vardanyana real cəza tətbiq etməlidir. O, buna layiq olduğunu dəfələrlə və müxtəlif ölkələrdə sübut edib”./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!