Ukraynalı həkimdən qalmaqallı təklif: “Əsir düşən rus əsgərləri axtalansın”

saytların hazırlanması

Evə çatdırılma

Ukraynalı həkimdən qalmaqallı təklif: “Əsir düşən rus əsgərləri axtalansın”

Maraqlı

21 Mart 2022 22:01 4372


“Əsir düşən rus hərbçiləri axtalansın”.

Yenisabah.az xəbər verir ki, bunu “Ukrayna 24” telekanalının canlı efirində “Mobil Hospital”ın rəhbəri Gennadi Druzenko deyib. Druzenko bildirib ki, o, həkimlərinə əsir düşmüş yaralı rus əsgərlərini kastrasiya etməyi əmr edib.

Qalmaqallı açıqlama hər iki tərəfdə böyük rezonans yaradıb. Toyuqlu pizza

Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin rus hərbi əsirlərin kastrasiyasına çağıran ukraynalı həkimə qarşı işin açılmasını tapşırıb.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç də bununla bağlı açıqlama verib.

Arestoviç düşməni alçaltmamağa, əsirləri təhqir etməməyə və hərbçilərin övladlarından qisas almaq çağırışlarından çəkinməyə çağırıb.

O, belə halların ölkənin imicinə ciddi zərbə vurduğunu və vəziyyəti daha da çətinləşdirdiyini izah edib.

Arestoviç Ukrayna televiziyasında əsir götürülmüş rus əsgərlərini axtalamaq niyyətində olduğunu bildirən Ukrayna Birinci Könüllü Mobil Xəstəxanasının rəhbəri Gennadi Druzenkonun sözlərinin Cenevrə konvensiyasına zidd olduğunu vurğulayıb.

Qeyd edək ki, sonradan Druzenko üzr istəyib və etiraf edib ki, emosiyalara qapılıb və heç kim heç kimi axtalamaq fikrində deyil.\Konkret.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!