Ukraynalı idmançılara ruslarla yarışmaq qadağan edildi

saytların hazırlanması

Evə çatdırılma

Ukraynalı idmançılara ruslarla yarışmaq qadağan edildi

İdman

14 Aprel 2023 13:30 740


Ukraynalı idmançılara ruslarla yarışmaq qadağan edilib. 

Yenisabah.az xəbər verir ki, Ukrayna Gənclər və İdman Nazirliyinin müvafiq əmrini Ali Radanın deputatı, yunan-Roma güləşi üzrə olimpiya çempionu Jan Belenyuk öz teleqram kanalında paylaşıb.

Qərara əsasən tələb pozulduqda idman federasiyaları milli federasiya statusundan məhrum ediləcək. Sərəncamda həmçinin nazirlik rəsmilərinə Rusiya və Belarus idmançılarının yarışda iştirak edəcəyi təqdirdə nümayəndə heyətlərinin turnirdən geri çağırılması tapşırılıb. pizza sifarişi

Qeyd edək ki, Rusiyanın Ukraynaya silahlı müdaxiləsinə, Belarusun isə bunu dəstəkləməsinə görə sözügedən ölkələrin idmançıları və komandaları bir çox beynəlxalq yarışlardan kənarlaşdırılıblar. Bundan başqa, Rusiya millisi DÇ-2022-ni də buraxıb. Həmçinin Rusiya millisi Avro 2024 və Millətlər Liqasının seçmə mərhələləri üçün püşkatmada da iştirak etməyəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!