Ukraynalı müğənni: ““Eurovision“ siyasi yarışdır?”

saytların hazırlanması

Evə çatdırılma

Ukraynalı müğənni: ““Eurovision“ siyasi yarışdır?”

Şou

16 May 2022 17:53 811


“Avroviziya-2022” müsabiqəsində Ukrayna münsiflər heyətinin üzvü, müğənni İrina Fedişin yarışmanın təşkilatçılarından şikayətlənib.

Yenisabah.az azvision.az-a istinadla xəbər verir ki, bu barədə özü açıqlama yayıb.

O, müsabiqə təşkilatçılarını saxtakarlıqda ittiham edərək, Ukraynanın Polşaya verdiyi 10 xalın hesablanmadığını bildirib. Fedişin xalın sıfır kimi qeyd olunmasına aydınlıq gətirilməsini tələb edib. Dominos pizza

"Münsiflər heyətinin heç biri Polşanı kimin nə qədər və necə kömək etməsi meyarına görə qiymətləndirməyib. "Avroviziya"nın təşkilat komitəsindən belə bir mesaj gəldi, özüm şokda idim. Münsiflər heyətinin 5 üzvü, onlardan üçü Lvovdan bizə məlumat çatdırdı ki, dostlar, yalnız öz peşə təcrübəniz əsasında səs verin.

Biz eyni otaqda idik və bizimlə bir notarius nümayəndəsi də var idi, o bizə nəzarət edirdi, bütün normalara uyğunluğa görə. Qara qalın hərflərlə yazılmışdı ki, ölkələri qərəzsiz, ədalətli, peşəkarlıqla qiymətləndirin, heç kəsi zahiri görkəminə, milliyyətinə, cinsinə görə gözdən salmayın... Amma mən anlamıram ki, bu, siyasi yarışdırmı?” - Fedişin mətbuata açıqlamasında bildirib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!