Ukraynalı riyaziyyatçı müharibəyə görə Rusiyada intihar etdi

saytların hazırlanması

Evə çatdırılma

Ukraynalı riyaziyyatçı müharibəyə görə Rusiyada intihar etdi

Maraqlı

21 Mart 2022 18:39 535


Ukraynalı riyaziyyatçı Konstantin Olmezov Rusiya Federasiyasının Ukraynaya göndərilməsi ilə əlaqədar ölkəni tərk etmək istəyərkən saxlanıldığı üçün Rusiyada intihar edib.

Yenisabah.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Dmitri Zaxvatov “Telegram”da yazıb.

Onun sözlərinə görə, ukraynalıya qarşı inzibati protokol hazırlanıb, buna əsəsən Olmezova 15 sutka həbs verilib. pizza hut

Azadlığa çıxdıqdan sonra Avstriyadakı universitetlərdən birində təhsilini davam etdirmək üçün dəvət alıb. Rusiyadan uçmaq üçün riyaziyyatçı Türkiyəyə bilet alıb.

“Biz razılaşdıq ki, hava limanına müşayiət mənasızdır, o, təkbaşına sərhəd nəzarətindən keçməyə çalışacaq, problem olarsa, mən ora gedəcəm. Qərara aldıq ki, əlaqə saxlayaq. Elə indicə belə bir xəbər aldım ki, o, baş verənlərin dəhşətinə dözə bilmədiyi üçün intihar məktubu yazaraq səhər canına qəsd edib”, - deyə Zaxvatov paylaşıb.(Oxu.az)

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!