Rusiyanın Ukraynaya hücumundan sonra cəbhəyə gedən ukraynalı hərbçi qızına yaxşı olduğunu sübut etmək üçün özünə “Tik-Tok” hesabı açıb.
Qısa müddətdə xeyli izləyici toplayan əsgər 2 gündür hesabında video paylaşmayıb və bu insanların narahatlığına səbəb olub. Bəzi izləyicilər onun öldürüldüyünü iddia etsə də hərbçidən yeni video gəlib.
Yenisabah.az xəbər verir ki, rəqs etdiyi video ilə sosial mediaya qayıdan əsgər "Mən sağam, hələ də döyüşürük" - deyə bildirib. Dominos pizza
Ukrayna ilə Rusiya arasında müharibə 7-ci gününə girsə də, Ukrayna ordusu müqavimətini davam etdirir. Rusiya ordusu başda Kiyev və Xarkov olmaqla bir çox şəhərləri bombalasa da cəbhədən görüntülər gəlməkdə davam edir.
Sözügedən görüntüləri təqdim edirik:
Telegram kanalımız