Antaliyada bir otelin fəaliyyəti dayandırılıb.
Yenisabah.az “Milliyet”ə istinadla xəbər verir ki, otel COVID-19 koronavirus pandemiyası zamanı qonaqları qəbul etməyə imkan verən “təhlükəsiz turizm” sertifikatından məhrum edilib. Bu, ukraynalı turistlərin iştirakı ilə qapanma günlərində keçirilmiş eyş-işrət məclisi ilə bağlıdır.
Oteldə qalan ukraynalı turistlər Pasxa bayramı ilə əlaqədar “ziyafət” təşkil ediblər. Bundan sonra sosial şəbəkələrdə şəhər rəhbərliyinin diqqətini çəkən fotolar və video görüntülər paylaşılıb. pizza sifarişi
Antalya valisi Ersin Yazıçının sözlərinə görə, oteldə bir sıra müayinələr aparılıb və nəticədə 29 aprel-17 may tarixlərində qüvvədə olan tələbləri pozduğu üçün otelin fəaliyyətinin dayandırılmasına qərar verilib.
Telegram kanalımız