Ukraynalı uşaqlar Azərbaycana gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Ukraynalı uşaqlar Azərbaycana gətirildi

Siyasət

15 Aprel 2025 13:02 375


Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukraynanın ölkəmizdəki səfiri Yuri Husyev özünün “Facebook” səhifəsində yazıb.

Səfər çərçivəsində uşaqlar Quba şəhərində yerləşən sanatoriyada reabilitasiyadan keçəcək, Azərbaycan mədəniyyəti ilə tanış olacaqlar. Dominos pizza

Eyni zamanda, azyaşlı qonaqlar Bakıdakı Ukrayna Mədəniyyət Mərkəzini ziyarət edəcək və paytaxtda gəzintiyə çıxacaqlar.

Bu, müharibə dövründə Ukraynadan Azərbaycana istirahət və reabilitasiya üçün gələn doqquzuncu qrupdur.

Səfir Yuri Husyev səfərin təşkilində göstərilən dəstəyə görə Azərbaycanın rəhbərliyinə və xalqına, eləcə də xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan bir qrup şəxsə təşəkkür edib.

Onun sözlərinə görə, bu dəstək təkcə xalqlarımızın dostluğunun əsl təzahürü deyil, həm də Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının möhkəmlənməsinə mühüm töhfədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!