Ukraynalılar və gürcülər rusları pusquya salıb məhv etdilər

saytların hazırlanması

Evə çatdırılma

Ukraynalılar və gürcülər rusları pusquya salıb məhv etdilər

Maraqlı

20 Mart 2022 22:22 1623


Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri Gürcü legionu ilə birlikdə arxa cəbhədə Rusiya ordusunun kolonnasını uğurla pusquya salıb və məhv edib.

Rusiya ordusunun qruplaşmasının ləğvi ilə bağlı kadrlar Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Komandanlığının Facebook sosial şəbəkəsində rəsmi hesabında yayımlanıb. 

Xüsusi Əməliyyat Qüvvələri uğurlu əməliyyatı şərh edib. Dördpendirli pizza

“Bu, Ukrayna xalqına növbəti hesabatımızdır. Biz sədaqət andı içmişik və sözümüzü yerinə yetiririk... Partlayış yerində düşmənin canlı qüvvəsini müəyyən etmək mümkün deyil”, - hərbçilər yazıb. Onlar qeyd ediblər ki, əməliyyat Baş Kəşfiyyat İdarəsi və Gürcü legionunun köməyi ilə düşmənın arxa cəbhəsində həyata keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!