Ukraynanın 1350-dən çox tankı və zirehli texnikası məhv edilib - Rusiya MN

saytların hazırlanması

Evə çatdırılma

Ukraynanın 1350-dən çox tankı və zirehli texnikası məhv edilib - Rusiya MN

Maraqlı

16 Mart 2022 11:58 437


Müharibə başlayandan bəri Ukraynanın 1350-dən çox tankı və digər zirehli texnikası məhv edilib.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov jurnalistlərə bildirib.

“Ukraynaya məxsus 111 təyyarə, 68 helikopter, 160 pilotsuz uçuş aparatı, 159 zenit-raket kompleksi, 1353 tank və digər zirehli döyüş texnikası, 129 reaktiv yaylım atəş sistemi, 493 səhra artilleriya və minaatan, o cümlədən 109 ədəd xüsusi hərbi maşın sıradan çıxarılıb”, - general bildirib. Sezar pizza

İqor Konaşenkovun sözlərinə görə, təkcə son sutkada Ukrayna ordusunun iki Su-25 təyyarəsi, bir MiQ-29 helikopteri, həmçinin dörd pilotsuz uçuş aparatı vurulub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!