“Ukraynanın 44 hərbi obyektinə zərbələr endirilib“   - Rusiya MN

saytların hazırlanması

Evə çatdırılma

“Ukraynanın 44 hərbi obyektinə zərbələr endirilib“ - Rusiya MN

Maraqlı

21 Mart 2022 12:35 307


"Ötən gecə ərzində operativ-taktiki və hərbi aviasiya Ukraynanın 44 hərbi obyektinə zərbələr endirib".

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

"Onların arasında dörd komanda məntəqəsi, Nalivaykovka və Zoloçeva yaşayış məntəqələri ərazilərində iki reaktiv yaylım atəşi sistemi qurğusu, altı Buk M-1 zenit-raket kompleksi, aviasiya-raket kompleksləri, Vışqorod vilayətində üç “Msta-B” artilleriya qurğusu, dörd raket və artilleriya silahı və sursat anbarı, həmçinin hərbi texnikanın toplandığı 23 yer var. pizza

Rusiyanın hava hücumundan müdafiə sistemləri Çernobaevka və Tsirkuni yaşayış məntəqələri üzərində havada daha iki Ukrayna pilotsuz uçuş aparatını vurub. Xüsusi əməliyyat başlayandan indiyədək Ukraynanın 216 pilotsuz uçuş aparatı, 180 zenit-raket kompleksi, 1506 tank və digər zirehli döyüş texnikası, 152 reaktiv yaylım atəşi sistemi, 592 səhra artilleriya qurğusu və minaatan, 1284 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib", - Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!