Ukrayna Baş Nazirinin istefası qəbul olundu

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Baş Nazirinin istefası qəbul olundu

Dünya

04 Mart 2020 20:26 741


Ukrayna Ali Radası Aleksey Qonçaruku Baş Naziri vəzifəsindən azad edib. "Yeni Sabah" xəbər verir ki, deputatlardan 353-ü növbədənkənar sessiyada A.Qonçarukun vəzifəsindən azad edilməsinin lehinə səs verib. Xatırladaq ki, A.Qonçaruk dünən Ali Radaya istefa ərizəsi təqdim edib. Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski yeni Baş Nazir vəzifəsinə Denis Şmıqalın namizədliyini irəli sürüb. V.Zelenski bu təkliflə "Xalqın xidmətçisi" partiyasının sessiyasında çıxış edib. İclasda partiya üzvləri Şmıqalın Baş Nazir vəzifəsinə seçilməsinə müsbət cavab verib.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!