Ukraynanın hakim partiyası: “Azərbaycana hərbi yardıma hazırıq”

saytların hazırlanması

Evə çatdırılma

Ukraynanın hakim partiyası: “Azərbaycana hərbi yardıma hazırıq”

Dünya

02 Oktyabr 2020 07:51 858


Rəsmi Kiyev Dağlıq Qarabağda vəziyyətin daha kəskinləşməsi fonunda Azərbaycana hərbi yardım göstərməyə hazırdır.

Bu barədə "Ukrayna 24" telekanalının efirində Ali Radada "Xalqın xidmətçisi" partiyasını təmsil edən deputat Lyudmila Marçenko bildirib.

"Ukrayna bu gün Azərbaycanı müxtəlif arenalarda dəstəkləməyə hazırdır. Bu, gələcəkdə lazım olacaq həm hərbi, humanitar, hər cür dəstəkdir. Bu, hərbi vəziyyətdir", - o deyib. pizza mizza

"Bildiyim qədər, həm hüquqi sahədə, həm də resurs sahəsində yardım edirik, söhbət humanitar yardımdan gedir. Bu gün məhz ehtiyac duyulanların siyahısını tərtib etmək məsələsi nəzərdən keçirilir", - deputat əlavə edib. /Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!