Ukraynanın keçmiş baş naziri 15 il azadlıqdan məhrum edildi

saytların hazırlanması

Evə çatdırılma

Ukraynanın keçmiş baş naziri 15 il azadlıqdan məhrum edildi

Dünya

03 Dekabr 2025 23:12 699


2010-2014-cü illərdə Ukraynanın baş naziri vəzifəsini tutmuş Nikolay Azarov Kiyevin Peçorsk Rayon Məhkəməsi tərəfindən mülkiyyəti müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumat "Sudebnıy reportyor" nəşrinə istinadən yayımlanıb.

Məlumata görə, Azarov dövlətə xəyanət və həmçinin Ukraynanın dövlət sərhədlərinin dəyişdirilməsinə, habelə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışların yer aldığı materialların yayılmasında təqsirli bilinib. Sezar pizza

Qeyd edək ki, Azarov Ukraynanı tərk edərək Rusiyaya köçüb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!