Rusiya Ukraynanın ən qədim müdafiə üsullarından biri olan “hidravlik müharibə”yə əl atdığını iddia edib.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna qüvvələri rus ordusunun Kiyevə irəliləməsinin qarşısını almaq üçün bunu ediblər.
Dnepr çayının sahilindəki ərazilərin su altında qaldığı bildirilib. pizza mizza
Qeyd edək ki, Hollandiya tarixdə hidravlik müharibəyə ən çox müraciət edən ölkələrdən biridir. Ölkədə 16-cı əsrdən bəri yaşanan daşqınların əksəriyyətinin müharibələr zamanı qəsdən üzə çıxarıldığı bildirilir.
İkinci Dünya Müharibəsi zamanı Avropada, xüsusilə Finlandiya və Sovet İttifaqı tərəfindən təbii müdafiə xətti kimi də sudan istifadə edilib.
Nəzrin Vahid
Telegram kanalımız