“Ukraynanın şərqindəki döyüşlər nüvə qışı ilə bitəcək” - Amerikalı hərbi ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Ukraynanın şərqindəki döyüşlər nüvə qışı ilə bitəcək” - Amerikalı hərbi ekspert

Dünya

12 Aprel 2021 18:45 998


ABŞ hərbi eksperti Duqlas MakQreqor Bayden administrasiyasını Rusiya ilə müharibədən çəkinməyə çağırıb.

Yenisabah.az “American Conservative”yə istinadla xəbər verir ki, Tramp administrasiyasında müdafiə nazirinin keçmiş müşaviri olmuş MakQreqor bu mövzuda geniş məqalə yazıb.

“Rusiya ilə qarşıdurma qaçılmaz ola bilər. Kiyevin Şərqi Ukraynadakı böhranı silah gücü ilə həll etmək üçün sərt təhdidləri və Moskvanın Şərqi Ukraynada qanuni milli təhlükəsizlik maraqlarına sahib olduğunu Vaşinqtonun qəbul etməməsi ilə birləşib. Ukrayna hökumətinin Luqansk, Donetsk və Krım da daxil olmaqla, itirilmiş ərazilərini yenidən ələ keçirtmək planına dəstək üçün Bayden-Harris administrasiyasının zəmanəti İngiltərə hökumətinin 1939-cu ildə almanların Polşaya hücumu halında polşalılara yardım zəmanəti qədər mənasızdır”, - detə sabiq müşavir qeyd edib. Toyuqlu pizza

Duqlas MakQreqorun fikrincə, Şərqi Ukraynadakı döyüşlər halında, hər iki tərəfə ağır itkilər verəcək. “Rusiya və Ukrayna əsgərləri cəsarətli, ağıllı və amansızdırlar. Onların heç biri “oyun oyanmır”. Hamısı vətənpərvərlik, köklü nizam-intizam və güclü bir hərbi etika ilə motivasiya olunur.

Rus ordusu daha böyük və daha yaxşı silahlandığı üçün ən çox ehtimal olunan nəticə Rusiyanın qələbəsidir. Moskvanın qüvvələrinin Ukraynanın Dnepr çayının şərqindəki ərazisini tutması ehtimalı böyükdür. Angela Merkelin 2015-ci ildə müşahidə etdiyi kimi, Putin Şərqi Ukraynadakı döyüşün mütləq qalibi olacağına əmindir”.

ABŞ müdafiə nazirinin sabiq müşaviri bu qənaətdədir ki, Rusiya qalib gəlsə, prezident Baydenin verdiyi dəstək vədi ukraynalıları məğlubiyyətdən qurtarmaq üçün ABŞ və NATO-nun müdaxilə edəcək. Onun fikrincə, döyüş əməliyyatları mütləq şəkildə nüvə silahının istifadə olunması ilə bitəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!