Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
Yenisabah.az AP-yə istinadla xəbər verir ki, iclasda ABŞ dövlət katibi Marko Rubio iştirak edir. Jurnalistlər qısa müddətə otelin konfrans zalına buraxılıb, lakin görüş iştirakçıları heç bir suala cavab verməyiblər.
Rubio bir gün əvvəl Səudiyyə Ərəbistanında keçirilən görüşdə ABŞ-ın Ukraynanın niyyətlərini və Kiyevlə Moskva arasında mövqe ayrılıqlarını başa düşməyə ümid etdiyini bildirib. O bildirib ki, ABŞ administrasiyası Ukrayna tərəfi ilə danışıqlara nikbin yanaşır. Sezar pizza
Dövlət katibi qeyd edib ki, bu görüş ABŞ-ın Kiyevə hərbi yardım və kəşfiyyat məlumatlarını bərpa edib-etməyəcəyini müəyyənləşdirəcək. O, həmçinin bildirib ki, çərşənbə axşamı ABŞ və Ukrayna nadir metallar üzrə sazişlə bağlı mütləq razılığa gəlməyəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Kreml ABŞ-ın Səudiyyə Ərəbistanında Amerika-Ukrayna danışıqlarının nəticələri barədə Rusiyanı hansısa yolla məlumatlandırmasını gözləyir.
Telegram kanalımız