“Əsas məqsəd müharibəni bu il başa çatdırmaqdır” - Ukraynanın XİN başçısı

saytların hazırlanması

Evə çatdırılma

“Əsas məqsəd müharibəni bu il başa çatdırmaqdır” - Ukraynanın XİN başçısı

Dünya

01 Avqust 2025 20:51 372


“Əsas məqsəd müharibəni bu il başa çatdırmaqdır”.

APA-nın məlumatına əsasən, bunu “yle” portalına müsahibəsində Ukraynanın xarici işlər naziri Andrey Sibiha deyib.

O bildirib ki, Rusiya tərəfinin başladığı savaşa görə məsuliyyəti həm də rus xalqı daşıyır: Marqarita pizza

“Bu müharibənin məsuliyyəti həm də törədilən cinayətlərə göz yumanların üzərindədir. Rusiya terroruna və ukraynalıların qətlinə sevinən insanların Avropanı azad şəkildə gəzməsi normal deyil”.

Ukraynalı nazir ABŞ Prezidenti Donald Trampın Rusiya da daxil olmaqla, bu ölkədən neft alan dövlətlərə qarşı sanksiyaların tətbiq ediləcəyi barədə xəbərdarlığını alqışlayıb: “Donald Tramp Rusiya Prezidentinin ehtiyat etdiyi yeganə insandır. Onu da deyim ki, Rusiyaya tətbiq olunan sanksiyalar sülhü daha da yaxınlaşdırır. Hazırda bütün ölkələr Ağ Ev rəhbərinin öz vədini yerinə yetirməsini gözləyir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!