Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə ERA təcili kredit proqramı çərçivəsində Kiyevə 1 milyard avroluq üçüncü tranşı köçürüb.
Yenisabah.az xəbər verir ki, bunu öz "Telegram" kanalında Ukraynanın baş naziri Denis Şmıqal yazıb.
"Aİ ERA (Fövqəladə Gəlirlərin Sürətləndirilməsi) təşəbbüsü çərçivəsində Ukraynaya 1 milyard avro köçürüb. Bu barədə Aİ-nin İqtisadiyyat və Məhsuldarlıq üzrə komissarı Valdis Dombrovskis ilə Brüsseldə görüşümüz zamanı bildirilib", - Şmyhal yazıb. Dominos pizza
O qeyd edib ki, bu, artıq G7 ERA proqramı çərçivəsində üçüncü tranşdır. Şmıqalın sözlərinə görə, təşəbbüs çərçivəsində avropalı müttəfiqlər artıq Ukraynaya 5 milyard avro vəsait ayırıblar.
Telegram kanalımız