Böyük Britaniya 2025-ci ildə Ukraynaya 4,5 milyard funt-sterlinq (5,8 milyard dollar) hərbi yardım göndərmək niyyətindədir.
Yenisabah.az xəbər verir ki, bunu müdafiə naziri Con Hili bildirib.
NATO-nun Brüsseldəki mənzil-qərargahında Ukraynanın müdafiəsi üzrə Əlaqə Qrupunun 27-ci iclasından sonra keçirilən mətbuat konfransında o deyib: pizza sifarişi
"Britaniya üçün bu il Ukraynaya hərbi dəstəyə 4,5 milyard funt-sterlinq xərcləyəcəyik. Bu, indiyə qədərki ən yüksək səviyyədir. Bu gün mən 350 milyon funt sterlinqlik yardım paketini elan edirəm".
Bu yardım paketinə radar sistemləri, tank əleyhinə minalar, yüz minlərlə dron daxildir. Bundan başqa, Britaniya Kiyevin hərbi texnikasını təmir etmək və müdafiə qabiliyyətini saxlamaq üçün 150 milyon funt sterlinq ayıracaq.
Telegram kanalımız