Ukraynaya dair gizli plan hazırlanır

saytların hazırlanması

Evə çatdırılma

Ukraynaya dair gizli plan hazırlanır

Dünya

19 Noyabr 2025 09:20 424


Tramp administrasiyası Ukraynada müharibəyə son qoymaq üçün Rusiya ilə gizli məsləhətləşmələr aparır.

“Yeni Sabah” axios-a istinadla xəbər verir ki, bu barədə ABŞ və Rusiya rəsmiləri danışıb.

ABŞ-nin 28 bənddən ibarət planı prezident Trampın Qəzza razılaşmasını uğurla təbliğ etməsi üzərində qurulub. Yüksək rütbəli bir rusiyalı məmur planla bağlı nikbin olduğunu bildirib. Pepperoni pizza

Bununla belə, Ukraynanın və onun avropalı himayədarlarının buna necə baxacağı bəlli deyil.

28 bəndlik plan 4 əsas kateqoriyaya bölünür: Ukraynada sülh, təhlükəsizlik zəmanətləri, Avropada təhlükəsizlik və ABŞ-nin Rusiya və Ukrayna ilə gələcək münasibətləri.

Trampın elçisi Stiv Uitkoff planın hazırlanmasına rəhbərlik edir və onu Rusiya səfiri Kirill Dmitriyevlə ətraflı müzakirə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!