Ukraynaya kütləvi hava hücumu: 270-ə yaxın dron, üç ballistik raket atılıb

saytların hazırlanması

Evə çatdırılma

Ukraynaya kütləvi hava hücumu: 270-ə yaxın dron, üç ballistik raket atılıb

Dünya

23 Fevral 2025 11:25 195


Fevralın 22-dən 23-nə keçən gecə Rusiya Ukrayna ərazisinə 267 pilotsuz uçuş aparatı və üç “İskəndər-M/KN-23” ballistik raketi ilə hava hücumu edib. Ukraynanın hava hücumundan müdafiə qüvvələri PUA-ların yarıdan çoxunu zərərsizləşdirib.

Bu barədə AZƏRTAC Ukrayna Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb. Hava hücumu aviasiya, zenit-raket qüvvələri, elektron döyüş bölmələri və Ukrayna Hərbi Hava Qüvvələri və Müdafiə Qüvvələrinin mobil atəş qrupları tərəfindən dəf edilib.

Hava hücumundan müdafiə sistemi Xarkov, Poltava, Sumı, Kiyev, Çerniqov, Çerkassı, Kirovoqrad, Jitomir, Xmelnitski, Rivne, Nikolayev, Odessa və Dnepropetrovsk vilayətlərində fəaliyyət göstərib. pizza hut

Bundan əlavə, Rusiyanın 119 pilotsuz təyyarəsinin imitatoru itirilib, onlardan üçü Belarusa, biri Rusiyaya doğru uçub.

Hava hücumu nəticəsində Dnepropetrovsk, Odessa, Poltava, Kiyev və Zaporojya vilayətləri zərər çəkib. Həmçinin Dnepropetrovsk vilayətinin Krivoy-Roq şəhərində 1 nəfər həlak olub, 3 nəfər yaralanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!