Ukraynaya silah almaq üçün 2,7 milyard dollarlıq vəsait ayrıldı

saytların hazırlanması

Evə çatdırılma

Ukraynaya silah almaq üçün 2,7 milyard dollarlıq vəsait ayrıldı

Dünya

09 Sentyabr 2025 23:32 291


Böyük Britaniyanın rəhbərlik etdiyi fond vasitəsilə Ukraynaya silah alınması üçün 2 milyard funt sterlinqdən çox (2,7 milyard dollardan çox) vəsait ayrılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Qeyd olunub ki, vəsait hesabına Ukrayna Silahlı Qüvvələri vacib hərbi texnika tədarük edəcək. Pepperoni pizza

Bildirilib ki, Ukrayna Beynəlxalq Fondu (IFU) artıq Kiyevə mindən çox hava hücumundan müdafiə sistemi, 600-dən çox pilotsuz uçuş aparatı, elektron müharibə sistemləri və hava hücumundan müdafiə radar stansiyaları təqdim edib. Yaxın həftələrdə yeni tədarüklər gözlənilir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!