ABŞ Dövlət Departamenti ABŞ-ın digər ölkələrə yardımının dondurulmasından Ukrayna üçün bir sıra istisnalar etməyi planlaşdırır.
Yenisabah.az “Politico”ya istinadla xəbər verir ki, bir rəsminin sözlərinə görə, imtina ümumi iqtisadi yardımdan tutmuş minaların təmizlənməsi, narkotiklərlə mübarizə və səhiyyəyə qədər proqramları əhatə edir.
Eyni zamanda, Dövlət Departamentinin nəzarəti altında olan hərbi maliyyələşdirmə ilə bağlı istisnaların olub-olmayacağı qaranlıq olaraq qalır. Bu günə qədər ABŞ Konqresi Ukrayna ordusuna belə yardım üçün 4 milyard dollardan çox vəsait ayırıb. Bu vəsaitin böyük hissəsi artıq silahların, o cümlədən “Javelin” tank əleyhinə raket kompleksi üçün raketlərin alınmasına sərf edilib. pizza hut
Praktiki müstəvidə Ukraynaya əlavə yardımın Kiyevə çatacağına əminlik yoxdur.
Telegram kanalımız