"Azərbaycana qarşı oyun asan olmayacaq. İndi rahat oyunlar olmur. Buna görə qələbə ilə başlamaq vacibdir. Üç oyundakı məqsədimiz üç qələbə qazanmaqdır".
Yenisabah.az xəbər verir ki, bu sözləri Portuqaliya millisinin futbolçusu Danilu Pereyra DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Azərbaycanla oyun öncəsi federasiyanın mətbuat xidmərində açıqlamasında deyib.
Onun sözlərinə görə, müasir futbolçda zəif komandalar yoxdur: "Yaxşı təşkilatlanmış, əks-hücuma sürətlə keçən, arxa və ön xəttdə sabit oynayan kollektivlər var. Düzgün nəticələr çıxarmaq üçün Azərbaycanı yaxşı təhlil edəcəyik". pizza
PSJ-də icarə əsasında çıxış etdən yarımmüdafiəçi matçın İtaliyaya salınmasına da münasibət bildirib: "Yeni reallıqlara öyrəşməliyik. Turində azarkeşsiz oynamaq, fikrimcə, problem yaratmayacaq. Çünki düşüncə tərzi eyni olacaq və bizə həvalə olunan məsuliyyətdən çəkinməyəcəyik. Bütün gücümüzlə mübarizəyə atılacağıq".
Qeyd edək ki, martın 24-də "Yuventus" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Telegram kanalımız