Ulduz futbolçu “Barselona“dan danışdı: “Evə gedib ağladım“

saytların hazırlanması

Evə çatdırılma

Ulduz futbolçu “Barselona“dan danışdı: “Evə gedib ağladım“

İdman

02 Oktyabr 2021 10:59 850


"Atletiko"nun hücumçusu Luis Suares sabiq klubu "Barselona"nın baş məşqçisi Ronald Kumanla birlikdə çalışmaqdan danışıb.

Yenisabah.az xəbər verir ki, məhz niderlandlı mütəxəssisin Kataloniya təmsilçisinə baş məşqçi təyin olunmasından sonra uruqvaylı oyunçu komandanı tərk edib.

Suares Kumanla bağlı bunları deyib: pizza hut

"Məni başqa bir yerdə məşq etməyə göndərdi, sanki 15 yaşlı bir oyunçu idim. Bu, məni çox əsəbiləşdirdi, evə getdim, bu hörmətsizliyə görə ağladım. Eyni zamanda heç vaxt ona hörmətsizlik etməmişəm.

Heç nə olmamış kimi  məşq etdim, peşəkar olaraq qaldım. Eyni zamanda ən yaxşı həll yolunu axtarırdım. Klub prezidenti Bartomeu mənim komandaya zərər verdiyimi söylədi. Sonra Kuman məni danışığa çağırdı. Bu, dəhşətli idi". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!